Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya XİN-in informasiya və mətbuat departamentinin rəhbəri Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov martın 12-13-də Antalyada keçiriləcək birgə strateji planlaşdırma qrupunun 7-ci iclasında iştirak etmək üçün Antalyaya yola düşəcək. İclasda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edəcək.
Birgə strateji planlaşdırma qrupunun iclası Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin iştirakı ilə aprelin 8-də Moskvada keçiriləcək Yüksək Səviyyədə Əməkdaşlıq Şurasının iclasına hazırlıq məqsədi daşıyır.