Moldova 2018-ci ildə 2,8 milyard leev (164 milyon dollar) dəyərində şərab ixrac edib ki, bu da 2017-ci illə müqayisədə 11 faiz çoxdur.
YeniAvropa xəbər verir ki, bu barədə Moldova Milli Statistika Bürosu məlumat yayıb.
Bildirilir ki, Moldova şərabı ən çox Rumıniya, Çin və Polşaya ixrac olunub. Bir butulka şərab təxminən 2 dollara satılıb.
Hesabat ilində 128 min hektar üzümlük sahəsindən 680 min ton şərab istehsal edilib.