Gürcüstan vətəndaşları Avropa İttifaqından sığınacaq ala bilməyəcəklər. Gürcüstan təhlükəsiz ölkədir.
YeniAvropa xəbər verir ki, belə bir bəyanatla Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han çıxış edib.
Komissar deyib: “Biz Avropada tam sabitliyin və firavanlığın olmasını və bu prosesə daha çox qonşularımızın qoşulmasını istəyirik. Gürcüstan bu istiqamətdə mühüm işlər görüb və bizim qənaətimizə görə, təhlükəsiz ölkədir”.
Bu məsələdə medianın rolunu xüsusi vurğulayan Yohannes Han deyib ki, mətbuat ictimaiyyəti məlumatla təmin etməlidir və başa salmalıdır ki, Avropa İttifaqında sığınacaq tapmaq artıq mümkün olmayacaq, çünki Gürcüstan təhlükəsiz bir ölkədir.