Bu gün İranın Çaharbahar və Bəxtiyarı vilayətində təcili tibbi yardım helikopteri qəzaya uğrayıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, qəza nəticəsində 5 nəfər həlak olub.
Vilayətin valisinin müavini Cəfər Məradi mətbuata açıqlamasında bildirib ki, helikopter Şəhrikürd şəhəri yaxınlığında qəzaya uğrayaraq partlayıb. Hadisə yerinə gələn müvafiq qurumların mütəxəssisləri qəzanın səbəbini müəyyən etməyə çalışırlar.