logo

Cənubi Koreya və ABŞ yeni birgə hərbi təlimlərə başlayır

20:53 03-03-2019 | icon 3003
Cənubi Koreya və ABŞ yeni birgə hərbi təlimlərə başlayır

Cənubi Koreya və ABŞ Koreya yarımadasının nüvə silahsızlaşdırılması ilə əlaqədar aparılan danışıqlara mane olmamaq üçün təxirə salınan ənənəvi "Key Resolve" və "Foal Eagle" adlı hərbi təlimlərinin əvəzinə, "Dong Maeng" adlı yeni hərbi təlimlərə başlayır.

 YeniAvropa xəbər verir ki, bu barədə Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahı məlumat yayıb.

Bildirilir ki, bu gündən başlayacaq 9 günlük təlimlər strateji, əməliyyat və taktiki aspektləri əhatə edəcək.

"Bu təlim tərəflərin ittifaqının saxlanılması və gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır", -deyə birgə açıqlamada bildirilir.

Qeyd edək ki, martın 2-də Cənubi Koreyanın müdafiə naziri Conq Kyonq-doo və Birləşmiş Ştatların müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan telefon danışığı zamanı "Key Resolve" və "Foal Eagle" hərbi təlimləri təxirə salmaq barədə razılığa gəlib.