İranın milli istehsalı olan iki radar sistemi istifadəyə verilib.
YeniAvropa xəbər verir ki, “Moin-40” və “Nasir-40” adlı radar sistemləri İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general Əlirza Səbahifərdin iştirakı ilə istismara buraxılıb.
General bildirib “Nasir-40” radarına gizli radar da deyilir. Çünki düşmənin istər pilotlu, istərsə də pilotsuz təyyarələri və bu təyyarələrin elektron naviqasiya sistemləri bu radarın yerini təsbit edə bilmir. “Moin-40” radarı isə düşmən təyyarələrinin hansı hündürlükdə uçduğunu və nə tip təyyarə olduğunu müəyyən edir.