Gürcüstandan Rusiyaya gedən “Yuxarı Lars” avtomobil yolunun Qudauri-Kobi hissəsi güclü qar səbəbindən tam bağlanıb.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, Gürcüstanın bəzi bölgələrində qarın hündürlüyü bir metrə çatıb.
Ölkənin qərb bölgəsinin əksər dağlıq hissələrinə yağan qar problemlər yaradıb. Bəzi yollarda ağaclar və elektrik naqilləri qarın ağırlığına tab gətirməyərək qırılıb.
Martın 3-də ölkə ərazisində güclü qar yağacağı gözlənilir.
Hava şəraitinin martın 4-dən yaxşılaşacağı proqnozlaşdırılır.