Fransa və Almaniya mart-aprel aylarında BMT tarixində ilk dəfə olaraq Təhlükəsizlik Şurasında iki ölkənin birgə sədrliyinə başlayacaq.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, iki ölkənin daimi nümayəndələri Fransua Delatr və Kristof Hoysqgen tərəfindən martın 1-də təqdim olunan hazırkı gündəliyə əsasən, Yaxın Şərq problemləri, Koreya yarımadasının nüvəsizləşdirilməsi, həmçinin Afrika ölkələrində vəziyyət Təhlükəsizlik Şurasında əsas debat mövzuları olacaq.
Təhlükəsizlik Şurası Paris və Berlinin sədrliyi ilə Suriya, Yəmən, Mali, həmçinin Sahel, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Burundi, Haiti və Qərbi Saxara regionlarındakı vəziyyəti izləməyə davam edəcək.