ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen In arasında sammit planlaşdırılan vaxtdan tez başa çatıb.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, liderlərin avtomobil karvanı danışıqların keçirildiyi oteli tərk edib.
Bir qədər əvvəl Ağ evin mətbuat katibi Sara Sanders jurnalistlərə sammitin qrafikində dəyişiklik edildiyini demişdi. Bunun səbəbi açıqlanmayıb.
Birgə sənədin imzalanıb-imzalanmayacağı da hələlik məlum deyil. Donald Trampın mətbuat konfransının planlaşdırılan vaxtdan iki saat tez keçiriləcəyi bildirilir.