logo

Ötən il dünya neft nəhənglərinin xalis mənfəəti 116,7 milyard dollara çatıb

20:32 27-02-2019 | icon 2751
Ötən il dünya neft nəhənglərinin xalis mənfəəti 116,7 milyard dollara çatıb

Ötən il dünyanın ən böyük 12 neft şirkətinin xalis mənfəəti ümumilikdə 116,7 milyard dollara çatıb. Ən çox gəlir və xalis mənfəət əldə edən neft şirkəti isə “Royal Dutch Shell” olub.

YeniAvropa xarici mətbuata istinadla xəbər verir  ki, 2018-ci ildə 12 neft şirkəti – “ExxonMobil”, “Chevron”, “ConocoPhillips”, “Halliburton”, “Schlumberger”, “Baker Hughes”, “Royal Dutch Shell”, BP, “Total”, “Eni”, “Rosneft” və “Equinor”un gəliri və xalis mənfəəti əvvəlki illə müqayisədə böyük artım göstərib. Belə ki, 2018-ci ildə həmin şirkətlərin gəliri əvvəlki ilə görə 19,5 faiz artaraq 1 trilyon 693 milyard dollar olub. 12 neft nəhəngi 2017-ci ildə 1 trilyon 417 milyard dollar gəlir əldə etmişdi.

Həmin şirkətlərin xalis mənfəəti isə ötən il 73,7 faiz artımla 116,7 milyard dollara olub. 2017-ci ildə isə bu göstərici 67,22 milyard dollara bərabər idi.

Keçən il ən çox xalis mənfəət əldə edən şirkət 23,35 milyard dollar ilə “Royal Dutch Shell” olub, ikinci yerdə 20,84 milyard dollarla “ExxonMobil” və üçüncü sırada isə 14,82 milyard dollarla “Chevron” qərarlaşıb.

2018-ci ildə ən çox xalis gəlir əldə edən şirkət də 388,4 milyard dollarla “Shell” olub. BP-nin gəliri 298,76 milyard dollar, “ExxonMobil” gəliri isə 290 milyard dollar təşkil edib.