Vyetnamın paytaxtı Hanoyda ABŞ prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın görüşü başlayıb.
YeniAvropa xəbər verir ki, görüş "Metropole Hotel"də təkbətək formatda keçirilir.
Görüşdən əvvəl liderlər jurnalistlərin qarşısına çıxıblar. Prezident Donald Tramp görüşün uğurlu keçəcəyinə ümid etdiyini deyib. Bildirilir ki, görüş şam yeməyi ilə davam edəcək.
Fevralın 28-də liderlərin daha bir görüşünün keçirilməsi planlaşdırılıb.