Nepalın mədəniyyət, turizm və mülki aviasiya naziri Rabindra Adhikari və daha beş nəfər bu gün helikopter qəzası zaman həlak olub. YeniAvropa xəbər verir ki, bu barədə "NDTV" telekanalı məlumat yayıb.
“The Himalayan Times” qəzeti bir qədər əvvəl göyərtəsində nazirin olduğu helikopterin qəzaya uğradığını yazmışdı. Hakimiyyət nümayəndələri və xilasetmə xidmətlərinin əməkdaşları ehtimal olunan qəza yerinə - dağlıq Taplecunq rayonuna gediblər. Yerli sakinlər həmin rayonda partlayış səsi eşitdiklərini və tüstü qalxdığını görüblər.
Qəzetin məlumatına görə, nazir və onu müşayiət edən məmurlar Taplecunqdakı məbədi ziyarət edərək oradan yeni aeroportun təftişi üçün qonşu Pançthar rayonuna uçmalı idilər.