logo

Qazaxıstanda hakim "Nur Otan" partiyasının XVIII qurultayı keçirilir

11:54 27-02-2019 | icon 3108
Qazaxıstanda hakim "Nur Otan" partiyasının XVIII qurultayı keçirilir

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada öz işinə başlayan hakim "Nur Otan" partiyasının XVIII qurultayında iştirak edir. YeniAvropa xəbər verir  ki, bu haqda  "Kazinform" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, qurultayda 2000 nəfər iştirak edir, onlardan 1200 nəfəri ölkənin regionlarından qurultaya nümayəndə seçiliblər, qalan 800 nəfər isə tədbirə qonaq qismində dəvət olunanlardır.

Qurultayda Nursultan Nazarbayev  2030-cu ilədək olan dövr üçün  "Nur Otan"ın hazırladığı ölkənin inkişaf proqramını açıqlayacaq. Həmçinin, partiyanın rəhbər strukturlarının hesabatları dinləniləcək, "Nur Otan"ın Nizamnaməsinə dəyişiklər ediləcək. Qurultayda partiyanın yeni tərkibdə Siyasi Şurasının üzvlərinin seçiləcəyi də gözlənilir.