logo

Xətai rayonunda yaşayış binasında yanğında 1 nəfər xəsarət alıb

11:08 27-02-2019 | icon 4123
Xətai rayonunda yaşayış binasında yanğında 1 nəfər xəsarət alıb

Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən  YeniAvropa-ya bildiriblər ki, hadisə binanın 6-cı mərtəbəsində ümumi sahəsi 48 kvadratmetr olan ikiotaqlı evdə qeydə alınıb. Nəticədə evin bir otağı əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.