logo

İran parlamenti Zərifi xarici işlər naziri postunda saxlamağı prezidentdən xahiş edib

12:33 26-02-2019 | icon 3094
İran parlamenti Zərifi xarici işlər naziri postunda saxlamağı prezidentdən xahiş edib

İran parlamenti üzvlərinin əksəriyyəti Prezident Həsən Ruhaniyə məktub yazaraq Cavad Zərifi xarici işlər naziri postunda saxlamağı xahiş edib. 

YeniAvropa "IRNA" informasiya agentliyinə istinadla xəbər verir ki, Məhəmməd Cavad Zərif fevralın 25-də özünün “Instagram” səhifəsində istefa verəcəyi barədə məlumat yayıb. O, vəzifəsini davam etdirmək iqtidarında olmadığını bildirib və xidməti zamanı buraxdığı səhvlərə görə üzr istəyib.

"Fars" agentliyinin yaydığı digər xəbərə görə, Zərif bu addımı ölkə prezidentinin dəftərxanası ilə fikir ayrılığı səbəbindən atıb. Belə ki, nazir bu ərəfədə Suriya prezidenti Bəşər Əsədin Tehrana səfəri barədə məlumatlandırılmayıb. Bazar ertəsi günü Bəşər Əsəd Tehrana səfər edib və İran İslam Respublikasının dini lideri Əli Xameneyi ilə görüşüb.

Xatırladaq ki, Cavad Zərif xarici işlər naziri postuna 2013-cü ilin avqustunda təyin olunub və onun xidmətləri siyahısında İranın nüvə proqramı üzrə sazişin imzalanması da var.