Fevralın 25-dən Özbəkistanda dövriyyəyə 100 min sum dəyərində əsginas buraxılıb.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, əsginasın üz tərəfində dövlət xadimi, böyük sərkərdə və strateq Əmir Teymurun nəvəsi Mirzə Uluğbəyin portreti, arxa tərəfdə mərkəzdə M.Uluğbəyin rəsədxanası, sağda isə astronomik alət əks edilib.
100 min sum təxminən 12 dollar dəyərindədir. Hazırda ölkədə 500, 1000, 5000, 10000 dəyərində əsginaslar, həmçinin 50, 100 və 200 dəyərində sikkələr dövriyyədədir.