logo

Tokio metrosunda nəzarət skanerləri sınaqdan keçiriləcək

13:59 25-02-2019 | icon 2884
Tokio metrosunda nəzarət skanerləri sınaqdan keçiriləcək

Mart ayında Tokio metrosunun sərnişinlərin daha çox olduğu stansiyalarından birində nəzarət skanerlərinin sınaqları keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Yaponiya Nəqliyyat Nazirliyi məlumat yayıb. Qurğunun geyimlərin altında gizlədilən təhlükəli əşyaları aşkar edəcəyi bildirilir. Qeyd edilir ki, dörd gün davam edəcək sınaqlar ilk növbədə Kasumiqaseki stansiyasında keçiriləcək.

Bir neçə turniketin yaxınlığında quraşdırılacaq skanerlərin 60 santimetr hündürlükdə və 20 santimetr enində olduğu bildirilir. Bu qurğu stansiyadakı insanların və onların əşyalarının elektromaqnit dalğalarını qəbul edərək onları görüntüyə çevirəcək.

Sınaqlar zamanı adi sərnişinlərin arasında gizlənən şərti terrorçuların geyimləri altında müxtəlif təhlükəli əşyalar yerləşdirərək, skanerlər vasitəsilə onları aşkar etməyə çalışacaqlar.