logo

Masallı rayonunda ikimərtəbəli 10 otaqlı ev yanıb

22:15 09-02-2019 | icon 3927
Masallı rayonunda ikimərtəbəli 10 otaqlı ev yanıb

Masallı rayonunun Boradigah qəsəbəsində ümumi sahəsi 424 kvadratmetr olan ikimərtəbəli on otaqlı evin ikinci mərtəbəsində altı otaq və dam örtüyü 212 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, evin qalan hissəsi yanğından mühafizə olub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.