Martın 18-də Makedoniyanın paytaxtı Skopyedə kişi şahmatçılar arasında Avropa çempionatı keçiriləcək.
YeniAvropa xəbər verir ki, turnirdə 25 ölkədən 144 oyunçunun (65 qrossmeyster) iştirakı dəqiqləşib. Avropa çempionatında Azərbaycanı Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Məhəmməd Muradlı təmsil edəcəklər.
Turnir İsveçrə sistemi ilə 11 turdan ibarət olacaq.