logo

Karateçimiz Roman Heydərov Avropa çempionu olub

10:58 09-02-2019 | icon 3157
Karateçimiz Roman Heydərov Avropa çempionu olub

Danimarkanın Aalborq şəhərində 14-15 yaşlı yeniyetmələr və 16-18 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclər arasında 11-ci Avropa çempionatı davam edir.

YeniAvropa xəbər verir  ki, Azərbaycan karateçisi Roman Heydərov 18-21 yaşlı gənclər arasında kata yarışında qızıl medal qazanıb.

Digər təmsilçimiz Tale Yaqubov (63 kq) Milan Farkası (Macarıstan), Avais Atmanı (İsrail) və Dominik Kocandrleni (Çexiya) məğlub edərək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə karateçimiz daha bir rəqibi Ben Voodsu (Şotlandiya) məğlub edərək finala çıxıb.

Həlledici qarşılaşmada o, Leon Gaydukla (Latviya) gücünü sınayacaq.