logo

Astarada 1 müəllim və 10 şagird üçün ayrıca məktəb tikilir

20:55 05-02-2019 | icon 4305
Astarada 1 müəllim və 10 şagird üçün ayrıca məktəb tikilir

Astara rayonunun ucqar dağlıq ərazisində yerləşən, 350 nəfər sakini olan Şəmətük kəndində 1 müəllimi və 10 şagirdi olan ibtidai təhsil müəssisəsi üçün modul tipli məktəb binası quraşdırılır.

YeniAvropa xəbər verir  ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına quraşdırılan 20 şagird yerlik yeni məktəb binası 6 sinif və 1 müəllim otağından ibarət olacaq.

Təhsil Nazirliyinin sifarişi ilə quraşdırılan modul tipli məktəb binası yaxın vaxtlarda istifadəyə veriləcək.

Qeyd edək ki, Astara rayonunun ucqar dağlıq ərazisində yerləşən daha bir kənddə - Dolu kəndində də 40 şagird yerlik modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub.