Fevralın 2-də Portuqaliyanın Odivelas şəhərində kişilər arasında açıq Avropa kuboku start götürüb.
YeniAvropa xəbər verir ki, qitə turnirində Azərbaycanı Tofiq Məmmədov, Balabəy Ağayev (hər ikisi 60 kq), Nurlan Osmanov (66 kq), Rüfət Məmmədov (73 kq), Fəqan Quluzadə, Araş Ağayi, Naim Hüseynov (hər üçü 81 kq), Aslan Mirzəyev (90 kq), Süleyman Yaqubov (100 kq) təmsil edirlər.
Yarışların ilk günündə üç cüdoçumuz qüvvəsini sınayır. Balabəy Ağayev Xavier İqlesias (İspaniya), Nurlan Osmanov Fabio Borges (Portuqaliya), Rüfət Məmmədov Razvan Bodea (Rumıniya) ilə mübarizə aparacaq.
Otuz beş ölkədən 230-dan çox idmançının qüvvəsini sınadığı turnirə fevralın 3-də yekun vurulacaq.