Fevralın 2-də Bolqarıstanın paytaxtı Sofiyada qadınlar arasında cüdo üzrə açıq Avropa kuboku keçiriləcək.
YeniAvropa xəbər verir ki, Azərbaycanı qitə yarışında Şəfəq Məmmədova (52 kq), Diana Şoranova (63 kq) və Günel Həsənli (70 kq) təmsil edəcəklər.
İyirmi səkkiz ölkədən 177 cüdoçunun mübarizə apardığı turnirə fevralın 3-də yekun vurulacaq.