logo

Qətər millisi tarixində ilk dəfə Asiya kubokuna sahib olub

20:10 01-02-2019 | icon 3248
Qətər millisi tarixində ilk dəfə Asiya kubokuna sahib olub

Fevralın 1-də futbol üzrə Asiya kubokunun final görüşü keçirilib.

YeniAvropa xəbər verir  ki, Birləşmiş Ərəb Əmirliklərinin “Zayed Sport Siti” stadionunda keçirilən görüşdə Qətər və Yaponiya milliləri üz-üzə gəliblər. Qarşılaşma 3:1 hesabı ilə Qətər yığmasının xeyrinə başa çatıb.

Oyunda ilk qolu 12-ci dəqiqədə Qətər millisinin hücumçusu Almoez Ali vurub. Görüşün 27-ci dəqiqəsində Abdulaziz Hatəm komandasının ikinci qolunu vurub. Yaponiya futbolçuları matçın 69-cu dəqiqəsində Takumi Minaminonun vurduğu qol ilə hesab arasındakı fərqi azaldıblar. Matçda son nöqtəni qətərli Əkrəm Afif qoyub. O, 83-cü dəqiqədə Tokio təmsilçisinin qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Beləliklə, Qətər millisi Yaponiya yığmasını 3:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Asiya kubokunun qalibi olub.

3

Xatırladaq ki, Yaponiya yığması yarımfinalda İranı (3:0), Qətər millisi isə Birləşmiş Ərəb Əmirliklərini (4:0) məğlub edib.