Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında iştirak etmək üçün Çin Xalq Respublikasının Makau Xüsusi İnzibati Bölgəsinə işgüzar səfərə gedib.
Baş Prokurorluqdan YeniAvropa-ya verilən məlumata görə, aprelin 18-də Kamran Əliyev Çinin Ali Xalq Prokurorluğunun Baş prokurorunun birinci müavini Tonq Cianminq və Makaunun Baş prokuroru İp Son Sanq ilə ikitərəfli görüş keçirib.
Baş prokurorun birinci müavini və Makaunun Baş prokuroru Azərbaycan və Çinin dost dövlətlər olduğunu bildirərək, bir çox sahəni əhatə edən uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıblar.
Baş prokuror Kamran Əliyev qonaqpərvərliyə görə minnətdarlığını bildirərək ölkələrimiz arasında əsrlər boyu mövcud olan ikitərəfli əlaqələrin tarixindən danışıb. Müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin uzaqgörən siyasətləri nəticəsində iki ölkə arasında olan münasibətlərin yüksələn xətlə və uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycanın vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.
Baş prokuror bu il sentyabrın 29-dan oktyabrın 2-dək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının ölkəmizdə keçiriləcəyini və bununla bağlı həmkarına dəvət məktubu ünvanladığını bildirib.
Daha sonra tərəflər prokurorluqlarımız arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Elə həmin gün ölkəmizin Baş prokuroru Kamran Əliyev Çinin Makau Xüsusi İnzibati Bölgəsinin İcra Hakimiyyətinin başçısı Ho İat Senqlə görüşüb.
Baş prokuror keçirdiyi görüşlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığını bildirilərək, bu proseslərdə Çin şirkətlərinin də yer aldığını qeyd edib.
Kamran Əliyev, həmçinin dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçiriləcəyi barədə həmkarlarına məlumat verib.
Nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edir.
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir
İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb
“Naxçıvan Bank”ın səhmlərinin bir hissəsini “Kapital Bank” alıb
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir
Azərbaycanın neft və qazının satış qiymətləri üzrə proqnoz açıqlanıb
İlham Əliyev TDT ölkələrinin din rəhbərlərini qəbul edib
Sabah Bakıda güclü külək əsəcək, 23° isti olacaq
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun bir qrup müftilərini qəbul edib
Türkiyədə ölkədaxili reyslərdə aviabiletlər 30 % bahalaşıb
Bu il inflyasiya 3,5%, gələn il isə 4,2 % təşkil edəcək-AMB sədri
Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib
Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub-İlham Əliyev
Bu gündən vətəndaşlara tibbi arayışlar elektron şəkildə veriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb
Bu gündən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
İlham Əliyev Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edir
Azərbaycan nefti 89,10 dollara satılır
Bu gündən birinci siniflərə şagird qəbulu başlanır
Bakıda havada tozun miqdarı normadan artıqdır
Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır-Faktiki hava