Azərbaycan Atıcılıq Federasiyası (AAF) Bakıda keçiriləcək stend və güllə atıcılığı üzrə Dünya Kubokunun rəsmi posterini təqdim edib.
AAF-dan YeniAvropa-ya verilən məlumata görə, yarış Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq.
Turnirdə 80-dən çox ölkədən 400-dən artıq idmançının və 300-dən çox texniki heyətin iştirakı gözlənilir.
Dünya Kubokunun biletləri yaxın günlərdə “Iticket.az” saytında satışa çıxarılacaq.
Qeyd edək ki, yarış mayın 1-dən 12-dək keçiriləcək.