logo

Yaşıl keçid Azərbaycanın milli prioritetləri sırasındadır

11:33 15-04-2024 | icon 910
Yaşıl keçid Azərbaycanın milli prioritetləri sırasındadır

“Yaşıl keçid Azərbaycanın milli prioritetləri sırasındadır”.

YeniAvropa xəbər verir ki, bunu COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev deyib.

O qeyd edib ki, Azərbaycan metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub: “2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyən edilib. Azərbaycan baza ili - 1990-cı illə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaldılmasını hədəfləyir”.

Bu gün Azərbaycanın özünün də qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişikliyinin fəsadları ilə üzləşdiyini deyən M.Babayev çaylarda və Xəzər dənizində suyun azalması, səhralaşma kimi problemləri vurğulayıb.