logo

Türkiyə Mərkəzi Bankının illik zərəri 818 milyard lirə təşkil edib

10:01 15-04-2024 | icon 1750
Türkiyə Mərkəzi Bankının illik zərəri 818 milyard lirə təşkil edib

Türkiyə Respublika Mərkəzi Bankı 2023-cü ilin hesabatını açıqlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə "Rəsmi Qəzet"ə məlumat yayıb. 

Hesabatda bildirilib ki, reallaşmış zərər 818,2 milyard türk lirəsi (TL) olub. Bundan başqa, hələ reallaşmamış “digər” maddələrin cəmi 817,8 milyard TL olaraq müəyyən edilib. Bu zərərin 2023-cü il hesabat dövründə həyata keçirilmiş Məzənnə ilə Qorunan Depozit (KKM) yükü və valyuta əməliyyatlarından qaynaqlandığı bildirilir.