logo

Daşkənd “Böyük Dəbilqə”si: 8 cüdoçumuzu mübarizəyə başlayır

10:50 01-03-2024 | icon 1771
Daşkənd “Böyük Dəbilqə”si: 8 cüdoçumuzu mübarizəyə başlayır

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

YeniAvropa xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın səkkiz idmançısı tatamiyə çıxacaq.

Kişilər arasında 60 kiloqram çəki dərəcəsində Nazir Talıbov italiyalı Angelo Pantano, Rövşən Əliyev fransalı Valadye Romenlə qarşılaşacaq. 66 kiloqramda İslam Rəhimov türkmənistanlı Sərdar Rəhimovu, Rəşid Yelkiyev yaponiyalı Ryoma Tanakanı sınağa çəkəcək.

Qadınların mübarizəsində 48 kiloqramda Könül Əliyeva özbəkistanlı Xalimajon Qurbanova, 52 kiloqramda Gültac Məmmədəliyeva və Aydan Vəliyeva, müvafiq olaraq, kanadalı Keli Dequçi və polşalı Aleksandra Kaleta, 57 kiloqramda Fidan Əlizadə isə türkiyəli Özlem Yıldız ilə yarışacaq.

Qeyd edək ki, martın 3-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 12 cüdoçu ilə təmsil olunur.