logo

Türkiyə-Azərbaycan Universitetində ilkin olaraq 100 nəfər təhsil alacaq

19:19 29-02-2024 | icon 5019
Türkiyə-Azərbaycan Universitetində ilkin olaraq 100 nəfər təhsil alacaq

Türkiyə-Azərbaycan Universitetinin Azərbaycan tərəfindən ilk tərəfdaşı Azərbaycan Texniki Universiteti olacaq.

YeniAvropa xəbər verir ki,  bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib.

O bildirib ki, universitetdə mühəndislik və tibb təhsili həyata keçiriləcək: “İlk il tədris əsasən mühəndislik üzərində qurulacaq. Yaxın 1-2 il ərzində tibb təhsili nəzərdə tutulmur. Bununla bağlı Türkiyə universitetlərinin spesifik tələbləri var. Universitetə ilkin qəbul planı 100 nəfər nəzərdə tutulsa da, bu say hər il 100-200 nəfər artırılacaq”.