logo

BGF İsraildə keçirilməli olan Çağırış Kubokunu ləğv edib

12:32 29-02-2024 | icon 1715
BGF İsraildə keçirilməli olan Çağırış Kubokunu ləğv edib

Beynəlxalq Gimnastika Federasiyası (BGF) bədii gimnastika üzrə İsraildə keçirilməli olan Dünya Çağırış Kubokunu (World Challenge Cup) təhlükəsizlik mülahizələrinə əsasən ləğv edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, iyunun 26-28-də Qüds şəhərində keçirilməsi nəzərdə tutulan yarış regiondakı mövcud gərginlik səbəbindən ləğv olunub.

“Biz Parisdə keçiriləcək Olimpiya Oyunlarına hazırlığın bir hissəsi kimi Dünya Çağırış Kubokuna ev sahibliyi etməyi planlaşdırırdıq. Qərarı anlayışla qəbul edirik, buna baxmayaraq, çox böyük məyusluq və təəssüf hissi keçiririk. Daha sakit və təhlükəsiz günlərin gələcəyinə ümid edərək tədbiri gələn il keçirmək niyyətindəyik”, - deyə İsrail Gimnastika Federasiyasından bildirilib.

BGF-nin qərarına əsasən, 2024-cü il Çağırış Kuboku seriyasının biri mayın 10-da Portuqaliyanın Portimao şəhərində, digəri isə iyulun 12-də Rumıniyanın Kluj-Napoka şəhərində keçiriləcək.