logo

UEFA Konfrans Liqası: 1/8 finalın bütün komandaları bəlli olub

09:29 23-02-2024 | icon 1372
UEFA Konfrans Liqası: 1/8 finalın bütün komandaları bəlli olub

UEFA Konfrans Liqasında pley-off mərhələsi başa çatıb.

YeniAvropa xəbər verir ki, cavab oyunlarından sonra 1/8 finala vəsiqə qazanan daha 7 komanda bəlli olub.

Beləliklə, İsrailin "Makkabi" (Hayfa) komandasından sonra İsveçrənin "Servett", Xorvatiyanın "Dinamo" (Zaqreb), Niderlandın "Ayaks", Avstriyanın "Şturm", Norveçin "Molde", Yunanıstanın "Olimpiakos" və Belçikanın "Union" klubları növbəti raunda adlayıblar.

Qeyd edək ki, Konfrans Liqasında daha əvvəl İngiltərənin "Aston Villa", Belçikanın "Brügge", Türkiyənin "Fənərbağça", İtaliyanın "Fiorentina", Fransanın "Lill", İsrailin "Makkabi" (Təl-Əviv), Yunanıstanın PAOK və Çexiyanın "Viktoriya" (Plzen) komandaları qrup lideri kimi 1/8 finala birbaşa vəsiqə əldə ediblər.