logo

İrakli Qaribaşvili qurultayda Gürcüstanın hakim partiyasının sədri seçilib

14:04 01-02-2024 | icon 1260
İrakli Qaribaşvili qurultayda Gürcüstanın hakim partiyasının sədri seçilib

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili rəsmi olaraq hakim "Gürcü arzusu-Demokratik Gürcüstan" Partiyasının sədri olub.

YeniAvropa “Sputnik Gerogia”ya istinadən xəbər verir ki, fevralın 1-də partiyanın növbədənkənar 8-ci qurultayı yekdilliklə bu barədə qərar qəbul edib.

Qeyd edək ki, İrakli Qaribaşvili bu il yanvarın 29-da baş nazir vəzifəsindən istefa verib.