logo

Bakıda II Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək

18:44 23-01-2024 | icon 903
Bakıda II Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək

Martın 16 martda  “Baku Marriott Boulevard” hoteldə  II Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək.

YeniAvropa xəbər verir ki, tədbir "Facemark" və "Good Finance" şirkətlərinin təşkilatçılığı ilə baş tutacaq.

Builki tədbirdə xeyli sayda tanınmış ekspert və mütəxəssislərin iştirakı gözlənilir. Zirvədə maliyyə planlaması, şirkət büdcəsi, vergi sahəsindəki yeniliklər, risk idarəetməsi, hesabatlılıq, daxili nəzarət, audit, biznesin inkişafında uçotun əhəmiyyəti və mühasibat sektorunda karyera imkanları kimi vacib mövzular əhətə olunacaq.

Qeyd edək ki, 2023-cü ildə keçirilən ilk “Vergi və Mühasibatlıq Zirvəsi”ndə (VMZ2023)  600-ə yaxın mühasib, maliyyəçi, vergi mütəxəssisi, sahibkar və digər bu sahədə maraqlı şəxslər iştirak ediblərıq!

Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak üçün zirvənin rəsmi veb səhifəsindən (www.vmz.az) və sosial media hesablarını ziyarət edə bilərsiniz.