logo

Fidanla Blinken "F-16" qırıcılarının Türkiyəyə satışını müzakirə edib

18:18 27-12-2023 | icon 1722
Fidanla Blinken "F-16" qırıcılarının Türkiyəyə satışını müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-ın Dövlət katibi Antoni Blinken arasında telefonla danışığı olub.

YeniAvropa xəbər verir ki, telefon söhbəti zamanı Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının dünən qəbul etdiyi qərara toxunan Hakan Fidan İsveçin NATO-ya üzvlüyü ilə bağlı prosesin parlamentin məsuliyyəti altında davam etdiyini bildirib.

Nazir Türkiyə tərəfinin F-16 qırıcılarının satışı məsələsində ABŞ Administrasiyası və Konqresinin müttəfiqlik ruhuna uyğun hərəkət etməsini və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözlədiyini deyib.

Söhbət zamanı İsrail-Fələstin münaqişəsi ətrafında da fikir mübadiləsi aparılıb. Hakan Fidan bu qarşıdurmada tam atəşkəs əldə edilməsi və daimi sülh istiqamətində müzakirələrin başlamasının vacibliyini vurğulayıb.

Danışıq əsnasında, həmçinin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, telefon danışığı ABŞ tərəfinin təklifi ilə baş tutub.