Uşağın ölüm səbəbini tibbi ekspertiza, patoloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür.
YeniAvropa xəbər verir ki, bu barədə TƏBİB-in Bakının Qaradağ rayonunda orta məktəbin 4-cü sinif şagirdinin qızılca xəstəliyi səbəbindən dünyasını dəyişməsi ilə bağlı açıqlamasında bildiriblər.
Tibbi qurumdan bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci kilometr ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub: “Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb. Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, patoloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür”.