logo

“EURO-2024”:Belçika və Azərbaycan millilərinin start heyətləri açıqlanıb

19:39 19-11-2023 | icon 1141
“EURO-2024”:Belçika və Azərbaycan millilərinin start heyətləri açıqlanıb

Noyabrın 19-da “EURO-2024”ün seçmə mərhələsində qarşılaşacaq Belçika və Azərbaycan millilərinin start heyətləri açıqlanıb.

YeniAvropa xəbər verir ki, Belçikanın heyətində meydana Kun Kastels, Vaut Fas, Yan Vertongen, Timoti Kastan, Artur Teat, Orel Manqala, Aster Vranks, Leandro Trossard, Yohan Bakayoko, Ceremi Doku və Romelu Lukaku çıxacaqlar.

Azərbaycan millisinin start onbirliyində isə Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Anton Krivotsyuk, Höccət Haqverdi, Elvin Cəfərquliyev, Toral Bayramov, Eddi İsrafilov, Aleksey İsayev, Emin Mahmudov, Mahir Emreli və Renat Dadaşov yer alıblar.

Brüsseldə “Kral Boduən” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Hazırda qrupda ikinci pillədə qərarlaşan Belçikanın hesabında 17 xal var. Azərbaycan isə 7 xalla F qrupunda dördüncüdür.