logo

Karateçilərimiz beynəlxalq turnirdə 7 medal qazanıblar

16:56 15-11-2023 | icon 1218
Karateçilərimiz beynəlxalq turnirdə 7 medal qazanıblar

Azərbaycan karateçiləri Rusiyanın paytaxtı Moskvada keçirilmiş beynəlxalq turnirdə yeddi medal qazanıblar.

Federasiyadan YeniAvropa-ya verilən məlumata görə, Asiman Qurbanlı və Mədinə Sadıqova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Finalda uduzan Rafiz Həsənov gümüş mükafatla kifayətlənib.

Roman Heydərov (kata), Hüseyn Məmmədli, Nuran Rza-Zadə və Abbas Dadaşov isə üçüncü yeri tutublar.

Qeyd edək ki, turnirdə 27 ölkədən 331 idmançı iştirak edib. Onların arasında Avropa və dünya çempionatının mükafatçıları, Olimpiya çempionları da olub.