logo

İsveçli baş məşqçi: Azərbaycan millisi ciddi və iddialı rəqibdir

16:32 15-11-2023 | icon 1351
İsveçli baş məşqçi: Azərbaycan millisi ciddi və iddialı rəqibdir

"Sabah bizi çətin rəqiblə oyun gözləyir".

YeniAvropa xəbər verir ki, bu sözləri futbol üzrə İsveç millisinin baş məşqçisi Yanne Andersson "EURO-2024"ün seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

61 yaşlı isveçli mütəxəssis millimizin iddialı komanda olduğunu bildirib: “Belçika kimi, Azərbaycan da bizə görə iddialı rəqibdir. Sabahkı oyunda müsbət nəticə üçün çalışacağıq".

İsveçin "Hekken" klubunun UEFA Avropa Liqasında "Qarabağ"a qarşı keçirəcəyi matç barədə də danışan Y. Andersson əlavə edib: “Qarabağ” güclü komandadır, yaxşı çıxış edir. İnanıram ki, İsveç təmsilçisi də meydanda öz gücünü göstərə biləcək".

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək.