logo

Dünya çempionatı:III yer uğrunda Azərbaycan- Macarıstan qarşılaşması

15:35 04-11-2023 | icon 2219
Dünya çempionatı:III yer uğrunda Azərbaycan- Macarıstan qarşılaşması

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında bu gün son oyununa çıxacaq.

YeniAvropa xəbər verir ki, yığma komanda bürünc medal uğrunda mübarizədə Macarıstan seçməsi ilə qarşılaşacaq. Ras Əl-Xayma şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçisi yarımfinalda Qazaxıstana 2:3 hesabı ilə məğlub olub.