logo

Azərbaycanda daha 95 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

21:51 30-10-2023 | icon 5859
Azərbaycanda daha 95 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Oktyabrın 23-dən 29-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 95 yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.Qeyd edilib ki, ötən həftə analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 834 min 50 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 823 min 588 nəfər müalicə olunaraq sağalıb, 10 min 356 nəfər vəfat edib. Aktiv xəstə sayı 106 nəfərdir.

Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 475, bu günə qədər isə ümumilikdə 7 milyon 703 min 250 test icra olunub.