logo

Dünya çempionu olan şahmatçılarımız Vətənə qayıdıblar

12:12 17-10-2023 | icon 1645
Dünya çempionu olan şahmatçılarımız Vətənə qayıdıblar

İtaliyanın Sardiniya adasında keçirilmiş 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında rapid və blits üzrə dünya çempionatında uğurlu nəticə qazanan Azərbaycan təmsilçiləri Gövhər Beydullayeva və Məhəmməd Muradlı Vətənə qayıdıblar.

YeniAvropa xəbər verir ki, dünya çempionlarını Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov, AŞF nümayəndələri, şahmatçıların ailə üzvləri və media nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, rapid və blits yarışlarında müvafiq olaraq, Gövhər Beydullayeva və Məhəmməd Muradlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. G. Beydullayeva həmçinin blits yarışında üçüncü yer tutub.