logo

Azərbaycan gimnastları Avropa  çempionatına yollanıb

11:33 16-10-2023 | icon 1617
Azərbaycan gimnastları Avropa  çempionatına yollanıb

Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Bolqarıstana yollanıb.

Azərbaycan Gimnastika Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, idmançılar Varna şəhərində keçiriləcək 31-ci Avropa çempionatında çıxış edəcəklər.

Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynova ibarət qadın qrupu (böyüklər), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupu (gənclər), Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü turnirdə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, 31-ci Avropa çempionatı oktyabrın 18-22-si aralığında keçiriləcək.