logo

Avstriya ilə oyundan yaxşı nəticə gözləyirik-Canni De Byazi

17:47 15-10-2023 | icon 1295
Avstriya ilə oyundan yaxşı nəticə gözləyirik-Canni De Byazi

Rəqib güclü komandadır, bizi çətin oyun gözləyir.

YeniAvropa xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi “Avro 2024”ün seçmə mərhələsində evdə Avstriya yığmasına qarşı keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis bildirib: “Rəqibi yaxşı analiz etmişik. Onlar modern futbol oynayırlar. Avstriyanın bir neçə əsas oyunçusu bu matçda meydanda olmayacaq. Buna baxmayaraq, yenə də güclü komandadır. Onların Belçikaya məğlubiyyəti aldadıcı ola bilər. Bu rəqiblə səfərdəki qarşılaşmada fərqli nəticə gözləyirdim, amma 1:4 uduzduq. Son 14 matçda 7 qələbə qazanmışıq. Biz də komanda kimi inkişaf edirik. Sabah da yaxşı nəticə üçün çalışacağıq”.

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan–Avstriya matçı saat 20:00-da başlayacaq.