logo

Türkiyənin Avropa çempionatından 1 milyard dollar gəlir əldə edəcək

11:11 11-10-2023 | icon 1603
Türkiyənin Avropa çempionatından 1 milyard dollar gəlir əldə edəcək

Türkiyənin 2032-ci il Avropa çempionatından əldə edəcəyi gəlir bəlli olub.

YeniAvropa xəbər verir ki,  bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlamasında məlumat verib.

Funksioner bildirib ki, ölkə turnirdən 1 milyard ABŞ dollarından çox gəlir götürəcək: “EURO-2032 Türkiyədə turizm sektorunu da canlandıracaq. Dünyanın dörd tərəfindən ölkəyə təqribən 2 milyondan çox turist gələcək. Düşünürəm ki, ölkəmiz turnirə ev sahibliyindən 1 milyard ABŞ dollarından çox gəlir əldə edəcək”.

Qeyd edək ki, AVRO-2023-yə Türkiyə ilə yanaşı, İtaliya da ev sahibliyi edəcək.