logo

“Həmas” İsrailə qarşı “Aksa tufanı” əməliyyatına başladığını elan edib

15:35 07-10-2023 | icon 1897
“Həmas” İsrailə qarşı “Aksa tufanı” əməliyyatına başladığını elan edib

“Həmas”ın silahlı qanadı “İzzəddin əl-Kassam” briqadasının komandanı Məhəmməd əd-Dayf İsrailə qarşı “Aksa tufanı” əməliyyatının başladığını və əməliyyat çərçivəsində yəhudi dövlətinin ərazisinə 5 min raket atıldığını elan edib.

YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Məhəmməd əd-Dayf Fələstin xalqının dövlət qurmaq layihəsinə başladığını deyib. Onun sözlərinə görə, İsrailin hərbi obyektlərinə və hava limanlarına raket zərbələri endirilib. Bundan başqa, İsrailin nəzarətində olan ərazilərə sızan fələstinli qruplar Sderot şəhərində polis mərkəzini ələ keçirib.

İsrail təcili yardım xidmətləri fələstinlilərin hücumları nəticəsində bir nəfərin həlak olduğunu, 15 nəfərin isə yaralandığını bildirib. SAXAL isə öz növbəsində Qəzza sektoru ətrafında 80 kilometrlik bölgədə hərbi vəziyyət rejimi elan edib və blokada altında olan bölgəyə zərbələr endirildiyini bildirib.