Şarl Mişel BMT-də təcili islahatlar aparmağa çağırıb
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışında bildirib ki, BMT qlobal proseslərə təsir gücünü itirib və bu təşkilatda təcili islahatlar həyata keçirilməlidir.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Şarl Mişelin fikrincə, Birləşmiş Millətlər Təşkilatı sistemi "sklerotikdir və düşmən qüvvələr tərəfindən zəbt edilib”. O əlavə edib: “Biz məsuliyyəti öz üzərimizə götürməliyik və çoxtərəfli əməkdaşlığı möhkəm zəminə qaytarmaq istiqamətində səylər göstərməliyik. Bu məqsədlə bizə, ilk növbədə, etimadı bərpa etmək, ən aktual problemləri həll etmək və Birləşmiş Millətlər Təşkilatı sistemində islahatlar aparmaq lazımdır".
Avropa İttifaqı Şurasının prezidenti daha sonra deyib: “Yoxsulluqla mübarizə üçün qlobal səylər zəifləyir. Rusiyanın Ukraynada müharibəsi isə ərzaq təhlükəsizliyini sarsıdır və enerji böhranı yaradır. Nəhayət, koronavirus pandemiyasının bizə öyrətdiyi sayıqlıq hissini itiririk”. Onun sözlərinə görə, fövqəladə vəziyyətlər zamanı BMT Təhlükəsizlik Şurasında veto səlahiyyətlərinin məhdudlaşdırılması və onun qlobal təmsilçiliyinin genişləndirilməsi təşəbbüsləri dəstəklənməlidir.
Şarl Mişel bildirib ki, BMT Təhlükəsizlik Şurasının hazırkı strukturu bugünkü qlobal mənzərəni adekvat şəkildə təmsil etmir və təşkilatın legitimliyinə xələl gətirir. Əsas təsirli təkliflərdən biri veto hüququndan daha nəzarətli və çevik istifadə ilə çoxluğun qərar qəbulunu birləşdirən mexanizmin yaradılmasıdır. "Hazırda 60 ölkə BMT Təhlükəsizlik Şurasında heç vaxt üzv olmayıb. Dünyanın bir çox əraziləri - Afrika, Cənubi Amerika, Karib hövzəsi, Asiya bu qurumda çox az və ya heç təmsil olunmur. Biz BMT Təhlükəsizlik Şurasında hərtərəfli islahatları dəstəkləyirik. Bu, regionların və ölkələrin səsini gücləndirəcək”, - deyə o əlavə edib.
Xatırladaq ki, Avropa İttifaqı BMT-də daimi müşahidəçi statusuna malikdir.
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir
İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb
“Naxçıvan Bank”ın səhmlərinin bir hissəsini “Kapital Bank” alıb
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir
Azərbaycanın neft və qazının satış qiymətləri üzrə proqnoz açıqlanıb
İlham Əliyev TDT ölkələrinin din rəhbərlərini qəbul edib
Sabah Bakıda güclü külək əsəcək, 23° isti olacaq
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun bir qrup müftilərini qəbul edib
Türkiyədə ölkədaxili reyslərdə aviabiletlər 30 % bahalaşıb
Bu il inflyasiya 3,5%, gələn il isə 4,2 % təşkil edəcək-AMB sədri
Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib
Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub-İlham Əliyev
Bu gündən vətəndaşlara tibbi arayışlar elektron şəkildə veriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb
Bu gündən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
İlham Əliyev Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edir
Azərbaycan nefti 89,10 dollara satılır
Bu gündən birinci siniflərə şagird qəbulu başlanır
Bakıda havada tozun miqdarı normadan artıqdır
Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır-Faktiki hava