logo

Bakıda yaşayış evində partlayış baş verib:Yaralılar var

17:17 28-08-2023 | icon 4900
Bakıda yaşayış evində partlayış baş verib:Yaralılar var

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunun Abdulla Şaiq küçəsindəki fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 90 kvadratmetr olan fərdi yaşayış evində ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyənləşdirilib.

Hadisə nəticəsində evin iki otağı 50 kvadratmetr sahədə, ümumi girişin tavan və dam örtüyü 30 kvadratmetr sahədə yanıb. Partlayışın təsirindən otağın arakəsmə divarı isə uçub. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan iki nəfər təcili yardım briqadasına təhvil verilib.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.