Həkimlər nə qədər maaş alırlar?-Dövlət Agentliyindən açıqlama
Son günlər dövlət tibb müəssisələrində çalışan həkimlərin əməkhaqları ilə bağlı ictimaiyyətdə yanlış təsəvvür yaradan məlumatlar yayılır.
YeniAvropa xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova məlumat verib.
Bildirib ki, icbari tibbi sığorta sisteminin tətbiqindən sonra “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq səhiyyə işçilərinin xidməti fəaliyyəti iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilir.
Səhiyyə işçilərinin, xüsusilə həkimlərin əməkhaqları təkcə müayinələr qarşılığında ödənilən bonuslardan və ya ödənişlərdən ibarət deyil. Həkimlərin əməkhaqları bir neçə mənbədən formalaşır: Aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr (bonus), əmək şəraitinə görə ödənilən əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər.
Belə ki, həkimlərin aylıq vəzifə (tarif) maaşı 9-15 dərəcə arasında dəyişərək 478-607 manat, aylıq sabit həvəsləndirici əlavəsi isə 800 manat təşkil edir. Bununla yanaşı, həkimlər işin nəticəsinə görə həvəsləndirici əlavələr - yəni bonus da alırlar.
Aynurə Əhmədova bildirib ki, həkimlərin əməkhaqlarından danışıldıqda ən çox müzakirə edilən bonuslar məsələsinə xüsusilə aydınlıq gətirmək lazımdır: “Həkimlərə verilən bonuslar göstərilən tibbi xidmətin tarifinə görə dəyişir. Tibbi xidmətlərin tarifləri Xidmətlər Zərfi ilə tənzimlənir. Xidmətlər Zərfində ambulator şəraitdə göstərilən xidmətlərin tarifi 3-295 manat arasında dəyişir. Cərrahi tibbi xidmətlər üzrə tariflər isə 10-24 000 manat arası təşkil edir. Bu icra edilən cərrahi prosedurun mürəkkəbliyindən və istifadə edilən tibbi sərfdən asılıdır”.
Qeyd edək ki, həkimlərin bonuslarına tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun olaraq 1.2, 1.3, 1.4, 1.5 əmsallar tətbiq edilir. Belə ki, həkimin bonusu işlədiyi tibb müəssisəsinin aid olduğu kateqoriya əmsalına vurulur.
Məsələn, ambulator fəaliyyət üzrə həkim-pediatrın 11-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 518 AZN, aylıq sabit həvəsləndirici əlavəsi 800 AZN və ortalama bonusu 500 AZN (rəqəm şərtidir, məbləğ aylıq pasiyent qəbulu və icra edilən tibbi prosedurların sayına görə dəyişir) təşkil edir. 2B kateqoriyalı ümumi profilli xəstəxanada həkimin bonusu 1.2 əmsalı ilə hesablanırsa, 3B kateqoriyalı çoxprofilli xəstəxanada 1.4 əmsalı ilə hesablanır. Beləliklə, 2B kateqoriyası üzrə həkimin aylıq ümumi əməkhaqqısı 1918 AZN (518+800+500*1.2), 3B kateqoriyası üzrə isə 2018 AZN (518+800+500*1.4) təşkil edəcək. Qeyd edək ki, məvaciblər vergilər və digər məcburi ödənişlər daxil olmaqla göstərilmişdir.
A.Əhmədova vurğulayıb ki, həkim iş günü ərzində yalnız bir pasiyent qəbul etmir: “Tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq, günlük bonus hesablanan pasiyent sayı 15-35 pasiyent arasında dəyişir. Bu səbəbdən yalnız bir pasiyentə görə göstərilən tibbi xidmətin tarifinin müvafiq faizinin həkimə ödənildiyini qeyd etmək doğru deyil. Ay ərzində (22 iş günü götürülərsə) həkimə müayinə etdiyi 330-770 arası pasiyent sayına görə bonus hesablanır”.
Məsələn, ixtisaslı həkim tərəfindən müayinə edilən hər pasiyentə görə tibb müəssisəsinə 17 manat ödənilir. Müvafiq Qaydaya əsasən hər pasiyentə görə bu məbləğin 8%-i (1.36 AZN) həkimin əməkhaqqına əlavə edilir. Həkim gün ərzində 35, ay ərzində 770 xəstə qəbul edərsə, o 1047 manat bonus almış olur.
Beləliklə, həkim bonusla yanaşı, ayın sonu aylıq vəzifə (tarif) maaşı, 800 manat aylıq sabit həvəsləndirici əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər alır.
Bundan əlavə həkim cərrahi fəaliyyətlə məşğul olduğu halda icra edilən əməliyyat və tibbi prosedurlara görə də Xidmətlər Zərfindəki tariflərə uyğun olaraq əlavələr alır.
Sabah Bakıda qısamüddətli yağış yağacaq,29° isti olacaq
Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
Göygöldə Moruq festivalı keçirilir
Fatma Səttarova 102 yaşında vəfat edib
Azərbaycan nefti 76,30 dollara satılır
Gəncədə 18 yaşlı qadını bıçaqladılar
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
İlham Əliyev “Xaqani” bağında aparılan abadlıq işləri ilə tanış olub
Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayıb
7 ayda Azərbaycanda 58 mindən çox körpə doğulub
MSK Vəfa Nağıya görə 6 məntəqədə səsvermənin nəticələri ləğv etdi
Azərbaycanda əhalinin sayı 10 milyon 204 min nəfəri ötüb
“Bakcell”in stendi Formula 1 azarkeşlərinin diqqət mərkəzində
MSK müsavatçı Mustafa Hacılının müraciətini əsassız sayıb
DİM sentyabrın 8-dəki buraxılış imtahanların nəticələrini açıqlayıb
İlham Əliyev “Vista Equity Partners” şirkətinin rəhbərini qəbul edib
Bakı metrosu payız-qış mövsümünə keçir
İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib
"Formula 1 Azərbaycan Qran-Prisi: “Ferrari”nin pilotu qəza törədib
Sabah Bakıda 30° isti olacaq,bəzi bölgələrdə yağış və qar yağacaq
Azərbaycan Rusiyayanın əsas kənd təsərrüfatı məhsulları ixracatçısıdır
Sabahdan Bərdə-Xankəndi avtobus reysi açılır:Bilet 2,80 manatdır
Bakıda IV Su İnnovasiya Forumu keçiriləcək
Rusiya cəsusluq adı ilə 6 britaniyalı diplomatı ölkədən çıxarır
Oğuzda narkokuryerlik edən şəxslər saxlanılıblar