logo

Paytaxtda sərnişin avtobusu yanıb

14:54 21-07-2023 | icon 7861
Paytaxtda sərnişin avtobusu yanıb

Bakıda sərnişin avtobusu yanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hadisə bu gün saat 13:00 radələrində paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, “İsuzu” markalı, 99-JU-545 dövlət qeydiyyat nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alovlanaraq yanıb.

Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.